Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-08 11:39:00
"Evdə qal!" çağırışına məktəblilər də qoşuldu 

Azərbaycanda koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumətin atdığı addımlara cəmiyyət tərəfindən ciddi dəstək verilir.


Belə ki, "Evdə qal!" çağırışına məktəblilər də qoşulurlar.

 

Bakı şəhəri 6 saylı orta məktəbin 3A sinfinin şagirdlərinin iştirakı ilə video çarx hazırlanaraq yayımlanıb.


Bu ideyanın təşəbbüskarı olan həmin sinfin rəhbəri Pərvanə Şükürova AzEdu.az saytına bildirib ki, hazırkı şəraitdə vətəndaşların bu problemlə bağlı maarifləndirilməsinə ehtiyac var. Bu istiqamətdə işlər həm kütləvi informasiya vasitələri, həm də ayrı-ayrı qurumlar tərəfindən aparılır.

 

Biz də belə qərara gəldik ki, şagirdlərin iştirakı ilə belə bir video çarx hazırlayaq. Hesab edirəm ki, vətəndaşlar uşaqların "Evdə qal" çağırışına fəal şəkildə qoşulacaqlar.