Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-24 16:08:00
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti startapçılarla görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Biznes İnkubasiya Mərkəzində (BİM) startapçılarla görüşüb.

AMEA-dan AzEdu.az-a bildirilib ki, görüşdə YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev BİM-in yaradılması və inkişaf etdirilməsi, innovasiyayönümlü startap layihələrinin dəstəklənməsi və ümumilikdə innovativ sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülən işlər, o cümlədən keçirilən treninq və seminarlar, müsabiqələr barədə məlumat verib.

BİM-in müdiri Vüsal Süleymanlı isə biznes inkubatorların startapçıların dəstəklənməsində və inkişafında rolundan danışıb.

Sonra bir sıra startaplar - “RainEnergy”, "AnimEDU”, "Hello Baku”,"11 Delivery", "My Engineer Mentor" və digər layihələr haqqında təqdimatlar olub.

Sonda akademik İbrahim Quliyev startap komandalarına öz tövsiyələrini verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.