Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-24 15:11:00
Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminovun, biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyevin, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanovun və Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənlinin elmi araşdırmaları beynəlxalq “İqtisadi araşdırmalar” elmi jurnalının son sayında işıq üzü görüb.

ATMU-dan AzEdu.az -a bildirilib ki, məqalə “Azərbaycanda iqtisadiyyatın təşkilində və inkişafında təhsilin rolu” sərlövhəsi ilə dərc olunub. ATMU gənc tədqiqatçıların və doktorantların digər ali təhsil müəssisələri ilə birgə tədqiqatlarının təşkilində və aparılmasında onlara kömək göstərilməsini, yazılan dissertasiyaların keyfiyyəti, elmi məqalələrin təcrübi əhəmiyyəti və nüfuzlu beynəlxalq jurnallarda çapı kimi məsələləri diqqət mərkəzində saxlayır. Bu istiqamətdə həyata keçirilən silsilə tədbirlər ATMU-nun tədqiqatyönümlü universitetə çevrilməkdə iddialı olan ali təhsil müəssisələri arasında aparıcı mövqedə qərarlaşmasına xidmət edir.