Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-31 17:27:00
“Virtual məktəb” bütün fövqəladə vəziyyətlərə hazır layihədir” - Ekspert

 

 

“Gələcəkdə universitetlər, məktəblər və s. kimi obyektlər olmayacaq”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlmasında təhsil eksperti Elçin Əfəndi deyib.

 

 

O, Təhsil Nazirliyinin yeni “Virtual Məktəb”  layihəsi haqqında fikirlərini bildirib:

 

 

 

 

 

“Təhsil Nazirliyinin “Virtual Məktəb” layihəsi ibaş verən hər növ fövqəladə vəziyyətlər zamanı çıxış yolu məqsədi daşıyır.

 

 

Amma ümumdünya vəziyyətini nəzərə alsaq artıq deyə bilərik ki, bu gələcəkdə qurulacağı qaçılmaz olan digital sistemin ilkin addımlarıdır. Yəni gələcəkdə artıq universitetlər, məktəblər və s. kimi obyektlər olmayacaq. Konkret mərkəzləşmiş qaydada hər bir təqdimat online idarə olunacaq”.

 

 

Ekspert indiki durumda Təhsil Nazirliyi qabaqlayıcı tədbirlər gördüyünü qeyd edir.

 

 

 

“Düşünürəm ki, layihə təcrübü baxımdan müsbət rol oyanayacaq və gələcək sistem üçün zəmin rolunu yaradacaq. Beləcə istər müəllimlərin, istər şagirdlərin, ümumiyyətlə bütün təhsil sferasına bağlı olan şəxslərin informasiya texnologiyaları ilə işləmək bacarığını ortaya qoyaraq bir növ də öyrədici xarakter daşıyacaq.

 

 

 

Fikrimcə, "Virtual məktəb" layihəsinin tətbiqi insanları yalnış yönə səmtləndirməməlidir. Çünki bir çoxları bundan panik hücum kimi istifadə edərək "bu il dərs olmayacaq" çağırışı ilə cəmiyyətdə çaşqınlıq yarada bilərlər Amma bu əslində belə deyil. Əslində atılan addım faktiki durumda şagirdlərin uzunmüddətli təhsildən geri qalmalarının qarşısını almağa hesablanıb. Bu da olduqca əhəmiyyətli addımdır. Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə internet təminatı ilə bağlı razılığa gəlsələr düşünürəm ki, bu tətbiq regional miqyasda öz həllini tapacaq”.

 

 

 

 

Qeyd edək ki, “Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcəklər.

 

 

 

“Virtual məktəb” portalında onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda, şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları