Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-20 10:20:00
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

 AzEdu.az-ın məlumatına görə, təbrikdə deyilir:

 "Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!".