Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 16:21:00
Müəllimlərin diqqətinə - Daimiləşmə müsabiqəsinin mövzuları açıqlandı-SİYAHI

 

 

 

TİPİİ-nin İnsan Resursları Mərkəzi tərəfindən 2020-2021-ci tədris ili üçün müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi ilə bağlı müsabiqə mövzuları açıqlanıb.

 

AzEdu.az həmin mövzuları təqdim edir:

 

Azərbaycan Dili və Ədəbiyyat - Feilin qrammatik məna növləri və onların omonimliyi , sintaktik əlaqələr, mübtəda və xəbərin şəxsə, kəmiyyətə görə uzlaşması, vasitəsiz nitq və vasitəsiz nitqdə durğu işarələrindən istifadə, Şah İsmayıl Xətayi,  “Dəhnamə”, İsmayıl Şıxlı “Dəli Kür.

 

Alman Dili - Deutsche Autos, Objectsatz  Dschelil, Memmedgulusade und Molla Nesreddin, Nationen, Wortschatz.

 

Biologiya - Çiçək qrupları, hörümçəkkimilər sinfi, qan,  qanın damarlarda hərəkəti,  hüceyrənin həyat dövriyyəsi, xromosomlar, orqanizmlərin qarşılıqlı təsir.

 

Coğrafiya -  Azərbaycan Respublikasının iqlimi, qədim quru və su sahələri, əhalinin sayının artımı və onun tənzimlənməsi, dünyanın siyasi xəritəsinin formalaşması, meteoroloji hadisələr.

 

Fizika -  Maye və qazlarda təzyiqin ötürülməsi,  istilik mühərriki, istilik mühərrikinin faydalı iş əmsalı, sferik güzgü, düzxətli dəyişənsürətli hərəkət,  fotoeffekt, fotoeffekt nəzəriyyəsi.

 

Fiziki Tərbiyə - Oynaqlarda mütəhərrikliyin, əzələ və bağların elastikliyinin inkişaf etdirilməsi,  aşağı ətraf əzələlərinin sürət-güc qabiliyyətinin inkişaf etdirilməsi , yeniyetmə orqanizminin inkişaf xüsusiyyətləri, qaçaraq uzunluğa tullanma texnikasının təkmilləşdirilməsi, aşağı ətraflarda sürət – gücün inkişaf etdirilməs, ümumi dözümlülüyün inkişaf etdirilməsi, çox mərhələli estafet qaçışlar.

 

Fransız Dili - Les écrivains français et les écrivains azerbaïdjanais, Lutfi Zadé. La légende de l’Azerbaïdjan,  La concordance des temps après “Si”, La réflexion de la langue française sur notre culture.

 

İbtidai Sinif - Əvəzlik (şəxs və işarə əvəzlikləri), səbəb-nəticə əlaqəsi, sözün qrammatik və leksik mənası, yuvarlaqlaşdırma.

 

İnformatika -  Sketchup redaktoru, şəklin atributları, rastr qrafikası, kompüterin lokal şəbəkəyə qoşulması, süni intellekt.

 

İnglis Dili - There is a country, Water is Life, Passive voice, The Window to the World, My heart – Azerbaijan.

 

Kimya -  Saf maddələr və qarışıqlar, molekulların fəza quruluşu, hibridləşmə, ammonyak, alkanların izomerliyi, qlükoza: quruluşu və fiziki xassələri.

 

Musiqi- Libretto və operetta, musiqidə milli qəhrəman obrazı , musiqi obrazı və xarakter,  Qara Qarayev və dünya xalqlarının musiqisi, tar və Simfonik Orkestr.

 

Riyaziyyat -  ifadələrin çevrilməsi, oxşarlıq çevirməsi, homotetiya, ədədi silsilə, loqarifmik tənliklər,  funksiyanın kəsilməzliyi.

 

Rus dili - Буквы и звуки русского языка, Функции букв Е, Ë, Ю, Я, Род имен существительных V Падежи, Предлоги  Отец и три сына VII Наречие Разряды наречий IX Последний лист  Родина Низами.

 

Təsviri İncəsənət - Heraldika – gerb və emblemlər, zərgərlik sənəti, parça, rəng və ornament , vinsent Van Qoq: rəng, xətt və formaların emosional təsviri,  Pol Kli: rəngkarlıqda xətlərin hərəkəti.

 

Texnologiya -  Elektrik enerjisi və sadə elektrik dövrəsi, ailə büdcəsinin müəyyən edilməsi, Gəlir və xərc, fenin quruluşu və iş prinsipi, un məmulatlarının hazırlanması üçün xammal və ərzaq məhsulları, geyimin bərpa edilməsi.

 

Tarix  - Albaniya 5-6-cı əsrlərdə , Azərbaycan Elxanilər dövlətinin mərkəzi kimi, Əfşar imperiyasının yaranması,  totalitar rejimin qurulması, kütləvi repressiyalar, şərqə doğru Səlib yürüşləri, Avropada şəhərlərin inkişafı, soyuq müharibə dövrü.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları