Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-11 16:13:00
Polşa məktəbləri və turizm obyektlərini bağlanır

Polşa hökuməti ölkə üzrə bütün məktəb, ali təhsil ocaqları, habelə muzey, kinoteatr və digər turistik məkanları bağlamaq qərarı alıb.

AzEdu.az xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Mateuş Moravetski mətbuat açıqlamasında bildirib. İndiyədək ölkədə 26 koronavirusa yoluxma faktı qeydə alınıb və xəstələrin hamısı sağalıb.

Ölkə sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib. İstər hava, istər quru yollarla ölkəyə girən hər kəs xüsusi yoxlamadan keçirilir.

Bir gün əvvəl çıxan xəbərlərə görə, Polşanın baş hərbi generalı Yaroslav Mika Almaniyaya səfəri zamanı koronavirusa yoluxub. Lakin nə onun, nə də onunla birlikdə uçan heyət üzvlərinin heç birində ciddi ağırlaşma yoxdur. Hər ehtimala qarşı bütün heyət hazırda karantin altındadır.

Polşa hökuməti yaxın həftələrdə nəzərdə tutulan bütün beynəlxalq və yerli tədbirləri də təxirə salıb.