Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-23 10:11:00
Alimlər süni dəri hazırladı

Privoljsk Tədqiqat Tibb Universitetinin həkimləri insanın dərisinin analoqunu hazırlayıblar.

AzEdu.az ICTnews-a istinadən xəbər verir ki, düni dəri qan plazması və kollagen komponentləri əsasında hazırlanıb. İndi alimlərin ixtirası heyvanlar üzərində sınaqdan keçirilir. Məsələn, siçovullar üzərində keçirilmiş sınaq ixtiranın səmərəliyini təsdiq edib: gəmiricilərdə iltihabi proseslər azalıb və yaraların sağalması sürətlənib.

Alimlər bildiriblər ki, süni dəri yanıq yerləri və diabetik yaraların müalicə səmərəliyini yüksəltməyə imkan verəcək, həmçinin əməliyyatdan sonra dərisi zədələnmiş pasiyentlərə kömək edəcək.