Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-07 10:36:00
“Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib

Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.

AzEdu.az xəbər verir ki,  Sumqayıtın simvoluna çevrilmiş "Sülh göyərçini" abidəsinin müəllifi heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V. Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə Rəssamlar Akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini şəhərin abadlaşdırılmasına həsr edib. (Apa)