Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 16:45:00
Bu şəxslər sertifikasiya imtahanına qatıla bilməyəcəklər-RƏSMİ  

 

2020-ci ildən etibarən müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq.

 

"Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən, məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi müddəası nəzərdə tutulub: "Sertifikasiya prosesinə başlanması üçün həmin müddəalara uyğun hökumət tərəfindən normativ sertifikasiyanın hansı prinsip və ardıcılıqla keçirilməsi, qiymətləndirilməsi və bir sıra məsələlər üzərində sənəd təsdiq edilməlidir. Bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər".

 

AzEdu.az  “Təhsil haqqında”  Qanuna  əsasən, sertifikasiya imtahanında iştirak etməyəcək şəxslərin siyahısını təqdim edir:

 

Maddə 36-2. Dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması

 

Dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər.Dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

 Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər:

 

Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində; azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir.Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

 

 Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

 

İnsan Resursları Mərkəzindən verilən məlumata əsasən, yalnız 5 il əvvəl MİQ müsabiqəsində iştirak edən namizdlər sertifikasiyadan keçməlidir. Yəni, əgər müəllim 2018-ci ildə MİQ müsabiqəsində iştirak edərək ümumtəshil məktəblərdən birinə qəbul olunubsa, o, yalnız 2023-cü ildə sertifikasiya olunacaq. Qeyd edək ki, sertifikasiya qaydaları Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları