Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 16:33:00
 Məktəblər lazımi tibbi vasitələrlə təmin olunubmu?-RƏSMİ AÇIQLAMA

 

Bakı məktəblərində tibb otaqlarının hazırki vəziyyəti necədir? Məktəblər lazımi tibbi vasitələrlə təmin olunubmu?

 

Bakı Şəhər təhsil İdarəsindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, məktəblərdə şagirdlərə dövlət hesabına tibbi xidmət göstərilir.

 

Həmçinin, ümumi təhsil müəssisələrində tibb xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na əsasən həyata keçirilir.

 

Belə ki, müvafiq qaydaya uyğun olaraq, ümumitəhsil müəssisələrinin binasında müvafiq tibb otağı ayrılıb.

 

Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən yerinə yetirilir.  Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə yerli poliklinikalar tərəfindən nəzarət edilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tibb məntəqələri müvafiq inventarlarla təchiz olunub. Tibb məntəqələri zəruri dərman preparatları ilə yerli poliklinikalar tərəfindən təmin edilir. Onu da qeyd edək ki, Təhsil Nazirliyinin 24 fevral 2020-ci il tarixli təlimati məktubunun tələblərinə əsasən, məktəb kollektivləri, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılmış, kütləvi tədbirlər və ekskursiyalar məhdudlaşdırılmışdı.

 

Məktəb həkimləri tərəfindən mövsümi respirator xəstəlik əlamətləri müşahidə olunan şagirdlərin ərazi üzrə poliklinikalara yönləndirilməsinə və tibb otaqlarının müvafiq zəruri vasitələrlə təchiz olunmasına nəzarət artırılmışdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında qeyd olunduğu kimi, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları