Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 11:49:00
İsmayıllıda təhsil müəssisələri, idman zalları dezinfeksiya olunur

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə İsmayıllı rayonunda profilaktik tədbirlərə - dezinfeksiyası işlərinə başlanılıb.

AzEdu.az xəbər verir ki, profilaktik tədbirlər bütün təhsil müəssisələrini, idman zallarını, Olimpiya İdman Kompleksini, idman qurğularını, insanların daha çox toplaşdığı qapalı yerləri əhatə edəcək. Bu məqsədlə rayon Gigiyena və Epidemiologiya Mərkəzinə kifayət qədər lazımi dezinfeksiyaedici maddələr və avadanlıqlar gətirilib. Mərkəz dezinfeksiya tədbirlərini aparmaq üçün 3 briqada təşkil edib və bütün briqada üzvləri təlimatlandırılıb. Təkcə ötən iki gündə şəhər 1, 2, 3, 4, 5, 6 və 7 saylı tam orta məktəblərin, Peşə Tədris Mərkəzində, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində, uşaq incəsənət məktəbinin, habelə İvanovka-Mollaisaqlı, Kürdmaşı-Qubaxəlilli, Topçu-Qalacıq yaşayış zonalarındakı tam orta məktəblərin binalarında dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri artıq 31 ümumtəhsil məktəbini, 9 körpələr evi-uşaq bağçasını əhatə edib.

Təhsil müəssisələrində dezinfeksiya işləri martın 9-dək başa çatdırılacaq.