Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 17:12:00
“Müəllimlər tətil müddətində onlayn dərslər keçməlidirlər, yoxsa...”-TƏKLİF

 

“Koronovirus təhlükəsi Dünya Səhiyyə Təşkilatı tərəfindən diqqətə alınan  bir məsələdirsə , təbii ki, Azərbaycan  da mübarizə  anlamında ondan kənarda qala bilməzdi. Nazirlər  Kabineti,  Təhsil Nazirliyi tərəfindən, bununla bağlı tədbir görülməsi qərarı verilib, bütün təhsil müəssisələrinə  xəbərdarlıq edilib. Təbii ki, şagirdlər qapalı mühitdə, tədris müəssisəsində olarkən, dezinfeksiya işlərinin aparılması doğru olmazdı, çünki dezinfeksiya işi aparılanda , ordan ayrılan kimyəvi maddələr bir başqa fəsadın yaranmasına səbəb ola bilərdi”.

 

Bunu AzEdu.az-a açıqlamasında təhsil eksperti, Əməkdar müəllim Almaz Həsrət deyib. Onun fikrincə, yaranan tətil müddətində şagirdlərin dərsdən soyumaması üçün müəllimlər onlayn metodlar dərslər aparıb, şagirdləri eyni tempdə saxlamağa çalışmalıdırlar:

 

“Digər tərəfdən nəzərə alaq ki,əksər övladların valideynlərini də işləyirlər. Həmin valideynlər işə gedərkən, nəqliyyatdan: şəxsi maşınlardan, marşrutdan , metrodan istifadə edirlər. Belə çıxır ki, valideyn özü yoluxub, övladına gətirə bilər. Bütün bunlara kompleks şəkildə yanaşmaq lazım idi. Hazırda tədris müəssisələrində dərslər dayandırılıb. Buna baxmayaraq, Təhsil  İnstitunda  4-5 il əvvəl  dərslərin bütün ölkə üzrə  onlayn   aparılması barədə müsabiqə keçirilib.

Azərbaycanda əksər müəllimlər bu kursda iştirak ediblər.  Lakin heç vaxt Respublika səviyyəsində onlayn  dərslərin keçirilməsinə ehtiyac duyulmayıb. Yalnız şagirdlər arasında əlilliyi olan şəxs varsa və onun dərsə gəlmə imkanları məhduddursa, o zaman bu üsul tətbiq olunur. Şagird bu zaman müəllimlə qurulan canlı bağlantı vasitəsilə evdə kompüter arxasında oturub, keçirilən dərsləri online vasitəsilə dinləyirdi.

 

Bölgə ,şəhər məktəblərinin müəllimlərinin əksəriyyəti bu üsuldan istifadə edə bilərlər.  Onlar öz sinif uşaqlarını toplayıb, onlara onlayn dərslər keçə bilərlər.

 

Mən özüm də  valideynəm,  nəqliyyatdan istifadə edib, evə  gəlirəm.  Evə daxil olarkən , həkimlər tərəfindən də tövsiyə edilmiş, gigiyenik qaydalara əməl edirik. Bütün bunlara əməl edirik ki, yoluxma halı baş verməsin, digərinə ötürülməsin. İnanıram ki, həmin qaydalara əməl etsək, bizim ölkəmiz bundan çox uğurla çıxacaq”.

Almaz Həsrət sonda valideynlərə vacib tövsiyə ünvanlayıb:

 

“Ən son valideynlərə tövsiyəm odur ki, məktəblər müvəqqəti bağlanıb deyə, övladlarınızı əyləncə mərkəzlərinə , kafe və restoranlara , insanların toplaşdığı kütləvi məkanlara aparmayın. Çünki , uşaqlar həmin yerlərdə virusa yoluxdurmamaqdan ötrü uzaq durmaq vacibdir”.

Rəviyə Cəfərzadə