Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-03 10:09:00
Aydın Mirzəzadə kənd müəlliminə dəstəyindən danışdı - "Ona zəng etdim ki..."

 

“Bilikli insanlar mütləq elmdə öz sözlərini deməlidilər”.

AzEdu.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə şəxsi facebook səhifəsində yazıb.

O, müəllim ixtisasına yiyələnmək istəyən şəxsə yol görtərdiyini və onun da böyük uğurlara imza atdığını vurğulayıb.

“Dörd il bundan əvvəl orta məktəb müəllimlərinin diaqnostik qiymətləndirilməsində kənd müəllimlərindən biri ən yüksək nəticəni - 60 balı toplamışdı.

Telefon nömrəsini taparaq ona zəng etdim, kənd müəlliminin yüksək bal toplamasının təhsilimizin göstəricisi olduğunu bildirdim.

Onun təhsili ilə maraqlandım. Bakalavr olduğunu biləndə magistraturaya daxil olmasını məsləhət gördüm.

Həmin şəxs bunun asan olmayacağını, işindən ayrıla bilməyəcəyini, ona görə də magistraturanı  düşünmədiyini bildirdi.

Mən təkid etim, qəbul olunacağı universitetin onun üçün çevik qrafik qura biləcəyini vurğuladım.

Növbəti il o, magistraturaya daxil oldu. Ara-sıra zəng edib təhsilinin gedişatı ilə maraqlanırdım.

Bu gün o mənə magistr diplomunun şəklini göndərdi. Kənd müəllimi magistraturanı da fərqlənmə diplomu ilə bitirmişdi.

Bu dəfə ona doktaranturaya daxil olmağı məsləhət bildim.

Belə bilikli insanlar mütləq elmdə öz sözlərini deməlidilər.

Qeyd edim ki, həmin müəllim vaxtı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub, “Tərəqqi” medalı ilə təltif olunub”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları