Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-03 10:25:00
Müəllim həm daimiləşmə, həm də yerdəyişmə müsabiqəsində iştirak edə bilər?-CAVAB

 Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə start verilir.

 AzEdu.az  müəllim namizədləri maraqlandıran məsələlərə rəsmi quruma istinadən  aydınlıq gətirməyə çalışıb. Onlardan birini-tez-tez sual edilən vacib nüansla bağlı zəruri bilgini təqdim edirik:

 Sual: Daimiləşmədə iştirak edən müəllim yerdəyişmə müsabiqəsindən də faydalana bilərmi?  

 Cavab: Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində müddətsiz müqavilə əsasında çalışan müəllimlər iştirak edə bilər. Daimiləşmə müsabiqəsi başa çatdıqdan sonra yerdəyişmə müsabiqəsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək. Əvvəlcədən elan olunacaq tarixlərdə elektron qeydiyyatdan keçəcəksiniz.

 Məlumat üçün bildirək ki, daimiləşmə müsabiqəsində iştirak edən namizədlər martın 6-sı 23:59-a qədər  miq.edu.az saytı ilə qeydiyyatdan keçə bilər.