Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-03 11:00:00
Azəraycan məktəbliləri üçün "Səsli Kitabxana" yaradıldı

Bakı şəhəri Xəzər rayonu 216 nömrəli   orta məktəb Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi  çərçivəsində  şagirdlər üçün "Dünya uşaq ədəbiyyatının  səsli kitabxanası" layihəsini uğurla icra edərək ölkə məktəblilərinin ixtiyarına verib. “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə qalib olan bu layihə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərlə yanaşı, görmə imkanları məhdud olan uşaq və gənclərin mütali imkanlarını genişləndirməyə xidmət edir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” müvafiq sərəncamı əsasında  nəşr olunan və ölkə kitabxanalarına hədiyyə edilən kitablar  profesional qiraətçilər tərəfindən səsləndirilərək açıq resurs kimi www.seslikitabxana.az portalında   yerləşdirilib. Hazırda  306 nağıl,hekayə və romanın  yer aldığı bu portal vasitəsi ilə məkandan asılı olmayaraq hər bir şagirdin "Dünya Uşaq Ədəbiyyatına aid olan və Təhsil Nazirliyinin tövsiyə etdiyi kitabları səsli formada dinləmək imkanı var.

 

Xəzər rayonunda ərazisində yerləşən 216 nömrəli məktəbin direktoru,layihə müəllifi  Elnur Bayramov bildirdi ki,bu portalın yaradılmasına gərgin əmək sərf olunub.  Mart ayından etibarən hər kəs ölkənin elcə də dünyanın istənilən yerindən seslikitabxana.az saytına daxil olmaqla yüzlərlə müxtəlif janrda olan səsli resursları dinləyərək mütaliə edə bilərlər. Elnur bayramov açıqlamasında belə fəaliyyətlərin bütün ölkəni əhatə etməsi  görmə məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası baxımından da müstəsna rol oynayacağını qeyd etdi. Layihə müəllifi onu da bildirdi ki,  Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında   Strateji hədəflər və tədbirlərdən biri məhs  xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsidir .Eyni zamanda ölkə başçısı cənab İlham Əliyevin 15 yanvar 2019-cu il tarixli Fərmanında  ölkənin bütün ərazisini əhatə edəcək mütərəqqi kitabxana sisteminin yaradılması informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması tapşırığını da nzərər alaraq deyə bilərik ki, bu innovativ layihə müasir standartlara cavab verən bir model kimi həmin  fərmanın tələbləri ilə də tam uzlaşır.

 

Layihə müəllifi onu da vurğuladı ki, oyrənməni və şagirdlərin sinifdənxaric oxu imkanlarını genişləndirən bu portala gələcəkdə daha çox resursun yerləşdirilməsi nəzərdə tutulur.