Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-02 17:00:00
Təxirə salınan dərslər sonradan necə tənzimlənməlidir?-TƏKLİF

 

Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

 

 Bəs orta məktəb proqramlarında bu səbəbdən yaranacaq geriləmələr necə tənzimlənməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi orta məktəb proqramın tənzimlənməsi üçün təklif irəli sürüb:

 

“ Proqramın tənzimlənməsi üçün  buraxılımış dərs günlərinin əvəzini iyun ayının 21-dək tədris etmək olar və yaxud da 5 günlük məktəblərdə şənbə günləri də dərsləri tədris etməklə proqramı çatdırmaq mümkündür.  Hesab edirəm ki, koronavirus təhlükəsi ilə əlaqədər olaraq ökədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində mart ayının  27-dək tətil uzadılmalıdır.


Yox, əgər həqiqətən də buna lüzum yoxdursa, o zaman maarifləndirmə işləri elə qurulsun ki, şagirdlərin dərslərə davamiyyəti qaydasına düşsün. Demək olar ki, əksər məktəblərdə şagirdlərin bir hissəsi dərslərə valideynləri tərəfindən buraxılmır. Burada valideyn narahatçılığını anlayışla qarşılamaq və ya onlara maarifləndirci çağırışlar etmək lazımdır”.

 

Qeyd edək ki, qərara əsasən  mart ayının 3-dən 9-dək təhsil müəssislərində dərslər dayandırılıb. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.