Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 09:48:00
Məşhur amerikalı tarixçi vəfat edib

Amerikanın Rusiya tarixi üzrə ixtisaslaşmış tarixçisi Riçard Payps 95 yaşında vətənində vəfat edib.

AzEdu.az “Report”a istinadən xəbər verir ki, bu barədə Harvard Universitetinin Tarix Departamentinin məlumatında bildirilir.

Qeyd olunur ki, Payps XX əsrin əvvəllərində Rusiya tarixi üzrə ən məşhur xarici mütəxəssislərdən biri olub.

1980-ci illərin əvvəllərində o, sabiq ABŞ prezidenti Ronald Reyqanın müşaviri işləyib. Payps Milli Təhlükəsizlik Şurasının Şərqi Avropa və Sovet şöbəsinə rəhbərlik edib, həmçinin ABŞ-ın xarici siyasət məsələləri ilə məşğul olub.