Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-16 13:50:00
Vakant inzibati vəzifələr üzrə keçirilən daxili müsahibələr yekunlaşıb

Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 05 mart və 18 aprel 2018-ci il tarixlərində elan edilmiş daxili müsahibələrdə iştirak etmək üçün qeydə alınmış namizədlərin müsahibələri başa çatıb.

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 05 mart 2018-ci il və Müəllif Hüquqları Agentliyində 18 aprel 2018-ci il tarixində elan edilmiş daxili müsahibələr başa çatıb.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və Müəllif Hüquqları Agentliyində müsahibəyə çıxarılması üçün yüksək vəzifələr təqdim olunub. Təqdim olunan ən yüksək vakant vəzifələr Müəllif Hüquqları Agentliyində sektor müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində isə sektor müdiri və regional bölmələrin rəhbəri vəzifələridir.

Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan dövlət orqanlar tərəfindən vakansiyaya çıxarılan 28 vakant vəzifə üzrə müsahibədə iştirak etmək üçün 31 nəfər qeydiyyatdan keçib. Müsahibədə iştirak edən namizədlər arasında 23 namizəd vakant vəzifəyə uyğun hesab edildiyi halda, 7 namizəd vəzifə üçün uyğun hesab edilməyib, 1 namizəd isə müsahibədə iştirak etməyib.