Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 13:26:00
Bu il 8 mindən çox müəllim işə qəbul olunub, 1305-i iş yerini dəyişib

 Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 2019-cu ildə Bakı məktəbəri üzrə 1 442 vakansiya təqdim olunub.

943 nəfər bu vakansiyalar üzrə daimi əsaslarla işə qəbul olunub.

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, 414 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində; 274 nəfər vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində; 255 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1099 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 563 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları