Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-22 16:35:00
Dərsdənkənar məşğələ saatları hansı fənlərin tədrisinə ayrılmalıdır? - Rəsmi

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də dərsdənkənar məşğələ qrupları ilə bağlıdır.

AzEdu.az məlumat verir ki, 2019-cu ilin tədris planına dair qeydlərinə əsasən, dərsdənkənar məşğələ qrupları və dərnəklər şagirdlərin sayı 8 nəfərdən az olmamaqla komplektləşdirilir. Hər hansı sinifdə şagirdlərinin sayı dərsdənkənar məşğələ qrupu təşkil etmək üçün müəyyən edilmiş normadan az olduqda şagirdlərin meyil və marağı nəzərə alınmaqla həmin dərsdənkənar məşğələ qrupuna yaxın siniflərin (məsələn, V-VI, VI-VII, VII-VIII və s.) şagirdlərinin cəlbinə icazə verilir.

I sinifdə dərsdənkənar məşğələlərə ayrılan 1 saat, dərs cədvəlinə daxil edilməklə “Riyaziyyat” fənninin tədrisinə verilir.

II-IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılan 1 saat müəyyən edilmiş məktəblərdə dərs cədvəlinə daxil olunmaqla “Şahmat” fənninin tədrisinə, “Şahmat” fənni keçilməyən məktəblərdə “Riyaziyyat” fənninin tədrisinə verilir.

I-IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılan saat hesabına tədris olunan “Riyaziyyat” fənni üzrə müvafiq əlavə mövzular aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin metodkabineti tərəfindən hazırlanıb təsdiq edilir.

Bütün azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumtəhsil məktəblərinin I sinfində, “Şahmat” fənni keçilməyən məktəblərin isə II-IV siniflərində, habelə ləzgi dili tədris olunan məktəblərin V-IX siniflərində valideynlər və təhsilalanlar arzu etdikləri halda, dərsdənkənar məşğələlərə ayrılan 1 saat dərs cədvəlinə daxil edilməklə onların ana dilinin tədrisinə verilə bilər.

Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəblərinin, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin VI siniflərində dəsrdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 saat olmaqla ikinci yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kurs tədris olunur.

Qeyd edilən rayonların bütün ümumtəhsil məktəblərinin və Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin IV siniflərində isə həmin kurs üzrə mövzular “Həyat bilgisi” fənninin daxilində keçilir.

VII  sinifdə dərsdənkənar məşğələlərə ayrılan 1 saat dərs cədvəlinə daxil edilməklə “Qarabağın tarixi” kursunun tədrisinə ayrılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları