Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 10:50:00
PISA-da yenə də zəif nəticə göstərdik, lakin ümidlər artıb- Çünki...

PISA (Program for International Student Assessment-Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) 2018-in nəticələri məlum olub.

Xatırladaq ki, PISA müxtəlif ölkələrin şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarının, eyni zamanda müxtəlif tipli problemləri həlletmə qabiliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə aparılır.

Çinin şagirdləri  PISA 2018-də ən yaxşı nəticəni göstəriblər. Pekin, Şanxay və Çinin şərq bölgələri, Jiangsu və Zhejiang şəhərlərinin 15 yaşlı şagirdləri, PISA 2018-in hər üç əsas sahəsi üzrə ən yüksək balı toplayaraq birinci yeri tutublar.

“PISA-dakı nəticələrimizdə ötən illərlə müqayisədə böyük irəliləyiş var”

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

“Dünyada təhsildə keyfiyyət göstəricisindən biri PİSA-dır. (Program for International Student Assessment-Şagird nailiyyətlərinin beynəlxalq qiy­mətləndirilməsi proqramı) müxtəlif ölkələrin şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarının, eyni zamanda müxtəlif tipli problemləri həlletmə qabiliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə aparılır.

Bu məqsədlə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) PİSA proqramı 15 yaşlı şagirdlərin bilik və bacarıqlarını ölçür. Bu yaşda uşaqların riyaziyyat, oxuyub anlamaq və təbiət fənləri üzrə biliklərini müəyyənləşdirən PİSA ən etibarlı platforma hesab olunur. PİSA həm də yeni əsrin bacarıqlarını ölçür. Buna görə də PİSA-nın nəticələrini təkcə müəllimlər deyil, ölkə rəhbərliyi səviyyəsində müzakirə edirlər və bununla da “insan kapitalı hansı səviyyədədir” sualına cavab axtarırlar”.

Kamran Əsədov bildirib ki, 72 ölkə arasında 53-cü yeri tutan Türkiyə PİSA-da iştirak edən şagirdlərin hər ikisindən birinin oxuduğunu anlamadığı məlum olub:

“2000-ci ildən başlayaraq hər 3 ildən bir keçirilən PİSA sınaqlarında iştirakçı ölkələrin sayı getdikcə artır. 2015-ci ildə dünyanın 72 ölkəsindən 540 min şagird bu proqrama qatılıb.

Təəssüflər olsun ki, el dili ilə desək, bizdə nəticə ön sırada deyil, amma əvvəlki illərdə müqayisədə böyük irəliləyiş əldə olunub.

Başqa bir misal, 72 ölkə arasında 53-cü yeri tutan Türkiyədə PİSA-ya qatılan 5300 şagirdin hər ikisindən biri oxuduğunu anlamadığı üzə çıxıb. Bu nəticələr ölkənin elm və texnologiya istehsalı yanaşmasında gələcəyini işarə edir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları