Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 11:36:00
Yeni qiymətləndirmə qaydaları kimlərə şamil edilmir? - Cavab

Ötən tədris ilində qiymətləndirilmə qaydalarına edilən dəyişikliklər müəllimlərdə xeyli suallar yaratdı. Amma ötən il tətbiq edilən yeni qiymətləndirmə qaydalarının bəzi məktəblərə şamil edilmir.

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Təhsilalanların attestasiyası qaydaları ilə tənzimlənir.          Qaydalara görə, yeni qiymətləndirmə üsulları təşkilati-hüquqi formasından asılı olmayaraq, aşağıdakı şəxslərin attestasiyasına şamil edilmir:

-Ümumi təhsil müəssisələrində tətbiq olunan beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların;

-Xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin;

-Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası məqsədi ilə diaqnostik, formativ və summativ qiymətləndirmələr keçirilir.

Qeyd edək ki, yeni qiymətləndirmə qaydalarına əsasən, I sinif istisna olmaqla bütün siniflər üzrə KSQ keçirilir.

BSQ IV, IX və XI siniflərində bütün fənlər üzrə, V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə aparılır.

Lisey və gimnaziyalarda, eləcə də təmayülləşmənin tətbiq olunduğu siniflərdə isə summativ qiymətləndirmənin keçirildiyi fənlər fərqlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları