Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-13 16:37:36
“İşbazlar onların həyəcanından istifadə edirlər”- ekspertden valideynlərə müraciət

Bu gün abituriyentlər 2 və 3-cü ixtisas qrupları üzrə imtahan veriblər. İmtahanda 36 559 abituriyentin iştirak etməsini nəzərə alsaq, məktəblərin qarşısında yaşanan izdihamı başa düşərik. Övladının ali məktəbə hazırlıq üçün çəkdiyi zəhmət, sərf etdiyi vaxt valideynləri düşünməyə vadar edir.

Yalnız attestatla, imtahansız  əcnəbi universitetlərə qəbul həyata keçirən xaricdə təhsil şirkətləri də belə vaxtlarda aktiv fəaliyyət göstərir, izdihamdan istifadə edərək öz reklam bukletlərini valideynlərə paylayırlar. Təbii ki, belə gərgin vaxtda deyilən sözlər onlara alternativ variant kimi görünür. Bəs bu nə dərəcədə düzgündür? Valideynlər bu məsələlərdə aldanmamaq üçün nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı AzEdu.az-a danışan xaricdə təhsil eksperti Fuad Hacıyev valideynləri belə şirkətlərə müraciət edərkən bu nüanslara diqqət etməyə çağırıb:

“Belə həssas günlərdə abituriyentlərə paylanan bukletlər və təklif edilənlər əlbəttə ki, qulağa xoş gəlir: Xaricdə təhsil, imtahansız qəbul, az xərclər və s. Amma hər təklifin nə qədər real olduğunu araşdırmaq lazımdır. Düzdür, bir sıra universitetlər attestatla qəbul aparır. Amma qəbulu attestatla aparmayan ali təhsil müəssisələri də təklif olunur. Bunu necə edirlər? Əlbəttə ki, ya saxta sənədlərlə, ya da ümumiyyətlə etmirlər.  Valideyn mütləq araşdırmalıdır ki, şirkət eyni adla neçə ildir fəaliyyət göstərir? Məsələn biz, 10-cu ildir ki, fəaliyyət göstəririk. Bir çox partnyorlar hətta  bizi də aldada bilir. Bunu nəzərə alsaq, valideynlərin asanlıqla aldanmaları normaldır. Ona görə də onlar bu iş üçün daha çox təcrübəyə malik şirkətlərə müraciət etməlidirlər”.

Ekspert bu şirkətlərin fəaliyyətinin nizamlanması üçün lisenziyalaşmalarını  təklif edib:

“Təhsil Nazirliyi müvafiq iş təcrübəsi və partnyorlarını nəzərə laraq şirkətləri lisenziyalaşdırmalıdır. Bundan əlavə, minimum deposit büdcə təyin olunmalıdır. Nə vaxtsa şirkət müştərilərin ödənişini geri qaytara bilməzsə, bu, ən azı  təzminat olaraq qalsın”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları