Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-12 10:07:00
İstiqlal Muzeyində açıq dərs keçirildi

İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə növbəti açıq dərs keçirilib.

AzEdu.az xəbər verir ki,  muzey silsilə olaraq “Azərbaycan Xalq Cümhuriyyəti İli” ilə əlaqədar olaraq məktəblilər üçün açıq dərslər təşkil edir. Açıq dərsdə Ağdam rayonu 149 saylı tam orta köçkün məktəblilərinin və Yasamal rayonu İlqar İbrahimov adına 167 saylı məktəbin şagirdlərinin hazırladıqları bədii kompozisiyalar nümayiş olunub.

Tədbirdə cümhuriyyətin fəaliyyətini əks etdirən sənədli filmlər də təqdim edilib.

Sonda məktəblilər üçün ekskursiya təşkil edilib.