Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-17 14:03:00
Yanan yaşayış binası sakinlərinə məktəb rəhbərliyi tərəfindən köməklik göstərilib

15 noyabr saat 01:15 radələrində Xətai rayonu, Neapol küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yanğın baş verib.

AzEdu.az xəbər verir ki, bu zaman binada yaşayan sakinlər evakuasiya edilib, təhlükəsiz ərazilərdə yerləşdirilməyə başlanılıb. Bu məqsədlə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin təsərüfat işləri üzrə direktor müavini Sərxan Behbudov və tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov məktəbə gələrək qapıları açıb, sakinlərin müvəqqəti olaraq məktəbdə yerləşdirilməsinə müvafiq şərait yaradıblar.

Sakinlər burada onlar üçün ayrılmış isti sinif otaqlarında təhlükəsiz şəraitdə müvəqqəti yerləşdirilib, su ilə təmin edilib və sakinlərə digər zəruri yardımlar göstərilib.  Sakinlər səhər saat 5-6 radələrinə kimi məktəbdə olublar.

Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları məktəb ərazisində yerləşən yanğısöndürmə hovuzundakı sudan istifadə edərək yanğının söndürülməsində istifadə ediblər.

Sərxan Behbudov bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verib.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Çəpərxan oğlu Quliyev hadisə yerində idi.