Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 22:45:00
Piza qülləsinin 600 illik sirri açıldı  

Bristol mülki inşaat departamentindən olan professor Corc Milonakisin başçılıq etdiyi  tədqiqat qrupu dörd güclü zəlzələyə tab gətirmiş Piza qülləsinin davamlılığının səbəbini müəyyən edib.

AzEdu.az xəbər verir ki,   14-cü əsrdə İtaliyada inşa olunmuş qüllə təməlinin kiçik olması və ya torpağın yumşaq olmasına görə beş dərəcəlik bucaq altında yana əyilib.

Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metr və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır. 

Qüllənin belə mövqeyi ona "Yıxılan qüllə" adını qazandırsa da, güclü yeraltı təkanlara tab gətirib. Halbuki mühəndislər memarlıq prinsiplərinə əsasən onun kiçik seysmik aktivlik nəticəsində belə sökülməli olduğunu bildirir.

Tədqiqatçılar müəyyən edib ki, qüllə konstruksiyasının hündürlüyü və sərtliyi və təməlin yumşaqlığı sayəsində altda olan qrunt seysmik təsirlərə məruz qalmır və təkanlar zamanı torpağın hərəkəti ilə rezonans yaratmır.