Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 14:37:45
Rokfellerin kolleksiyası rekord vurdu

ABŞ-ın Nyu-York şəhərində dünya art-bazarının lideri olan "Christie's" hərrac evi Devid və Peqqi Rokfellerlərin incəsənət əsərləri, zinət əşyaları, qab-qacaq və mebel kollekasiyasını satışa çıxarıb.

AzEdu.az Milli.az-a istinadən bildirir ki, hərracın "ulduz"ları Klod Monenin "Zambaqlar" (1917), Anri Matissin "Maqnoliyaların yanında uzanmış odalisk" (1923) və Pablo Pikassonun "Çiçək səbətli qız" (1905) tabloları idi.

Milyarder Rokfellerin evinin əsas pilləkanını bəzəmiş "Zambaqlar" 85 milyon dollara satılıb.

Anri Matissinin əsəri 80,75 milyon dollara satılıb. Bu, fransız rəssamın əsəri üçün indiyədək ödənmiş ən böyük məbləğdir.

Pikassonun əsəri isə 115 milyon dollara satılıb. Beləliklə, "Çiçək səbətli qız" Pikasso yaradıcılığının "çəhrayı" dövrünün ən dəyərli tablosuna çevrilib.

Hərracda Villem de Kuninq, Edvard Hopper və Con Sinqer Sarcentin əsərləri də satılıb.

Ümimilikdə isə hərracda indiyədək 44 əsər satılıb. Satışdan 646, 113 milyon dollar əldə olunub.Bu pullar Devid və Peqqi Rokfellelərin bir zamanlar dəstəklədikləri xeyriyyə təşkilatlarının hesablarına köçürüləcək.

Devid Rokfeller (1915-2017) ABŞ-ın ilk milyarderlərindən biri, "Standard Oil" neft şirkətinin banisi və sahibi Con Rokfellerin nəvəsidir.

Onun xanımı Peqqi Makqret Rokfeller (1915-1996) ətraf mühitin mühafizəsi məsələləri ilə məşğul olurdu.