Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-05 14:52:23
Repetitorluqla məşğul olan müəllimlərin bir çoxu yararsızdır- İttiham  

“Repetitorluqla məşğul olan müəllimlərin arasında xeyli sayda az məlumatlı, tədrisə peşəkar yanaşma göstərə bilməyən və yeniliklərlə ayaqlaşmayan kadrlar var”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elvin Bədirov deyib. Onun sözlərinə görə, yeni qaydalarla təşkil olunan imtahanlar hazırlıqlı şagirdlər üçün o qədər də çətinlik yaratmayıb:

“Bu ildən həyata keçirilən yeni qaydalarla qəbul imtahanları ənənəvi imtahanlardan forma və müəyyən qədər də məzmun baxımından fərqlənsə də, bunu ciddi dəyişiklik kimi dəyərləndirmək doğru olmaz. Çünki bu imtahanlarda, xüsusilə də imtahanının ikinci mərhələsində qapalı sualların sayı kifayət qədər çox idi. Bu amil hazırlıqlı şagirdlər üçün ciddi çətinliyə səbəb olmayıb. Ancaq ingilis dilindən tətbiq edilən dinləmə mətnləri imtahan binalarında standart dinləmə qurğularının olmaması səbəbindən müəyyən abituriyentlər üçün çətinliklər yaradıb” .

Elvin Bədirov qeyd edib ki, qiymətləndirmədə marker-müəllimlərin iştirakı, yəni müəyyən qədər subyektiv amillərə əsaslanma çatışmazlıqlara yol açıb:

“Hazırda ölkə təhsilində əsas ağırlıq repetitor müəllimlərin və hazırlıq kurslarının üzərindədir. Əksər uğurlu göstərici məhz bu iki sahədən qaynaqlanır. Ölkədə istənilən fənn üzrə kifayət qədər bilgi və bacarığa sahib müəllimlər var. İşinin peşəkarı olan müəllimlər sistemdə hansı yeniliyin tətbiq olunub-olunmmasından asılı olaraq nəinki buna ayaq uydura bilir, eyni zamanda sistemin daha işlək və inkişafa meyilli olmasında yaxından iştirak edir.

Təbii ki, bunu hər repetitorluqla məşğul olan müəllimə aid etmək olmaz. Bu sahədə də xeyli sayda az məlumatlı, tədrisə peşəkar yanaşma göstərə bilməyən və yeniliklərlə ayaqlaşmayan müəllimlər var”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları