Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-31 10:23:00
“Bu amil təhsili tam yeni səviyyəyə qaldırdı” – Ceyhun Bayramov  

Son illər ərzində 3500-ə yaxın azərbaycanlı gənc müxtəlif ölkələrdə təhsilə cəlb olunub.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil  naziri  Ceyhun Bayramov  “British council” məzunlarının əldə etdiyi nəticələrə həsr olunan ilk forumda çıxışı zamanı qeyd edib.

Nazir bildirib ki, məzunların məşğulluq imkanlarının artırılması Azərbaycan dövlətçilik strategiyasının əsasını təşkil edir:

"Azərbaycan peşə təhsili sahəsində 6 pillə irəliləyib, bacarıqlı işçi qüvvəsinin tapılmasına görə isə 29-cu yerdədir. Qlobal iqtisadiyyat landşaftının dəyişməsi təhsili tam yeni səviyyəyə qaldırıb. Bu iqtisadiyyat biliyə, həyatı boyunca öyrənməyə əsaslanır. Məqsədimiz neft kapitalını insan kapitalına çevirməkdir".

Ceyhun Bayramov həmçinin, qeyd edib ki, 2007-2015-ci illərdə 3500 yaxın azərbaycanlı təqaüd proqramlarına cəlb olunaraq təhsilin müxtəlif pillələrinoxuya biliblər:

"Hazırda həmin gənclər müxtəlif qurumlarda, eləcə də Təhsil Nazirliyində çalışmaqdadırlar. 600-ə yaxın tələbə kompüter ixtisasları üzrə xaricdə təhsil alır. UFAZ-ın təsis edilməsini də atılan çox mühüm addımlar arasında qeyd etmək istərdim. Həmin ali təhsil müəssisəsində xeyli tələbə ingilis dilində təhsil alır.

Böyük Britaniya və Azərbaycan bir çox sahələrdə artıq mükəmməl əməkdaşlıq əlaqələri formalaşdırır. Təhsil nazirliyi bir sıra layihələri “British council” ilə birgə həyata keçirir. Bu tədbir isə üzləşdiyimiz çətinlikləri birlikdə müzakirə etməyə, əmək məşğulluğunu artırmağa rəvac verəcək".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları