Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-28 14:40:00
Şagird sıxlığı yaşanan sinif hansı fənlərin tədrisi zamanı iki yarımqrupa bölünməlidir? – Qanundan çıxarış

Orta ümumtəhsil müəssisələrində şagird sıxlığı son vaxtların ən aktual problemlərindən biridir. Bu, valideynləri müxtəlif alternativlər axtarmağa məcbur etdiyinə görə, onlar müxtəlif fənlərin tədrisi zamanı sinfin iki yarımqrupa bölünməsi ilə maraqlanır, bu barədə soruşurlar.

Bəs, şagird sıxlığı yaşanan sinif hansı fənlərin tədrisi zamanı iki yarımqrupa bölünməlidir?

AzEdu.az məlumat verir ki,  bu barədə məsələlər “Təhsil haqqında” Qanunda əksini tapıb. Qanunvericiliyə görə, orta təhsil pilləsində, maddi-texniki baza imkan verdikcə, siniflərdə şagirdlərin orta sıxlığı 15 nəfər müəyyən edilib.

Siniflərin iki yerə bölünməsi isə müvafiq normativ sənəd əsasında həyata keçirilir.

Xarici dil dərslərində, habelə təlim qeyri dillərdə-aparılan siniflərdə Azərbaycan dili dərslərində, bədən tərbiyəsi və Texnologiya dərslərində siniflər iki yerə bölünür.

Təmayülləşmənin tətbiq olunduğu məktəblərin təmayül siniflərində isə şagirdlər ixtisas fənlərində iki yarımqrupa bölünürlər.

Qeyd edək ki, ümumtəhsil məktəblərində sinifdə şagird sayı 20 nəfərdən az olmamalıdır. Bir sinifdə şagird sayı 20-ə çatmadıqda, mövcud sayla sinif təşkil olunmasına icazə verilir.

Sinifdə şagird sayı 30-dan çox olduqda və ya otağın ölçüsü bu  qədər şagirdlərin bir sinifdə tədrisinə imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

Tədris ilinin birinci yarısında hər hansı səbəbdən şagird sayı azaldıqda və ya artdıqda, siniflər birləşdirilir və ya paralel sinif təşkil edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları