Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-25 12:35:43
“Qızıl kitabı”a adı düşən gənclər üçün 0,3 milyon manat pul ayrılacaq  

2020-ci il dövlət büdcəsində təhsil üçün nəzərdə tutulan vəsaitin 0,3 milyon manatı gənc istedadlar üçün xüsusi təqaüdlərin verilməsi ilə bağlı xərclərə ayrılacaq.

AzEdu.az xəbər verir ki, bu barədə 2020-ci il dövlət büdcəsinin zərfində bildirilib.

Bu məbləğ 2019-cu ildə təhsil büdcəsindən gənc istedadlar üçün xüsusi təqaüdlərin verilməsinə ayrılan xərclərin miqdarı ilə eynidir.

Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 (dörd yüz) manat müəyyən edilib.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları