Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-08 14:34:35
Məktəbdə ölən şagirdlə bağlı İcra Hakimiyyətindən AÇIQLAMA

“Şagirdin döyülərək öldürülməsindən söhbət gedə bilməz”

Bu sözləri AzEdu.az-a açıqlamasında Saatlı rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhsil sektorunun müdiri Rafiq Nağıyev deyib. Onun sözlərinə görə, hadisə təxminən 10:30 radələrində baş verib:

“Yəhya Ağayev Eldar oğlu 8-ci sinif şagirdi idi. Hadisənin baş vermə səbəbi məlum deyil. Hazırda iş ekspertizadadır. Şagirdin döyülərək öldürülməsi isə tamamilə yalan məlumatdır. Təfərrüatlar ekspertizanın rəyindən sonra bilinəcək. Hadisə tənəffüs vaxtı baş verib. Yəhya Ağayev durduğu yerdə qəfildən yıxılaraq ölüb. Çox güman ki, ölümün səbəbi ya ürək tutması ya da şagirdin səhhətində olan hansısa problemdir”.

Qeyd edək ki, Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlu məktəbdə ölüb. Onun hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır. Ehtimal olunur ki, məktəbli döyüldükdən sonra vəfat edib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları