Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-14 11:38:00
Bu  müəllimin yaratdığı  qurğu balı təbii üsulla hazırlayacaq – Gəncədə ixtira  

“Həm arıların, həm də insanların sağlamlığını mühafizə edirik”

Bu sözlər, Gəncə Dövlət Universitetinin dosenti Vaqif  Rüstəmova aiddir:

“Heç bir kimyəvi preparatdan istifadə etmədən, saf bal ala bilirik”

Hazırladıqları  xüsusi aparatla bağlı AzEdu.az-a açıqlama verən V.Rüstəmov,  bu qurğunun faydalarından danışdı:

“Son zamanlar, Yer kürəsində təbii qida məhsulları ilə bağlı böyük problem yaranıb. Hazırladığımız qurğu vasitəsilə, heç bir kimyəvi preparatdan istifadə etmədən, saf bal əldə edə bilirik.

Bu gün arıçıların qarşılaşdığı əsas çətinliklərdən biri də  gənələrdir. Hazırladığımız qurğu da məhz arıları gənədən təmizləmək üçün istifadə edilir.  Arılar qurğunun içərisindəki barabana tökülür, 46 dərəcə istiliklə baraban fırlanır və gənələr qurğunun aşağıda hissəsinə tökülür. Beləcə, heç bir kimyəvi preparat olmadan gənələrdən qurtuluruq.

Bu qurğu ilə kimyəvi məhlula ehtiyac olmadan bal istehsal edə bilirik. Beləcə, həm arıların, həm də insanların sağlamlığını mühafizə edirik”.