Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 15:34:23
Məktəblərdə kurikulumun tətbiqi niyə zəifdir? - Statistik göstəricilər

Statistik təhlillərdə əsasən, ümumtəhsil məktəblərində kurikulumun tətbiqi çox zəifdir və şagirdlərə aşılanan bacarıq və vərdişlər lazım səviyyədə deyil.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

2018-ci ildə keçirilən buraxılış imtahanlarında şagirdlər bir fənn üzrə imtahanın I mərhələsində maksimum 30 bal, II mərhələsində 70 bal, cəmi 100 bal toplaya bilərdilər.

Ötənilki buraxılış imtahanlarında siniflər üzrə iştirak edən şagirdlərin 1-ci sinifdən etibarən bacarıq və vərdişlərin inkişaf etdirilməsi üzərində qurulan kurikuluma əsasən təhsil almalarına baxmayaraq bu cür tapşırıqları yerinə yetirməkdə çətinlik çəkdikləri aşkar olunub.

Tədris dili fənnindən fərqli olaraq riyaziyyat fənni üzrə imtahanın birinci mərhələsində təqdim olunan bütün tapşırıqlar açıq tipli olduqları üçün bu hal riyaziyyat fənni üzrə imtahanda özünü daha qabarıq şəkildə göstərir.

Tədris dili fənni üzrə imtahanda təqdim olunan tapşırıqların yarısı qapalı tipli olduğu üçün burada vəziyyət daha yaxşıdır. Lakin açıq və qapalı tipli test tapşırıqları üzrə nəticələri ayrı-ayrılıqda təhlil etdikdə görürük ki, riyaziyyat fənnindən fərqli olaraq şagirdlərin tədris dili fənni üzrə bacarıq və vərdişləri nisbətən daha yaxşıdır.

İmtahanın I mərhələsində orta statistik şagirdin açıq tipli test tapşırıqları üzrə balı (faizlə) 30.05-ə, qapalı tipli test tapşırıqları üzrə isə 55.98-ə bərabər olub.

Bütün bu təhlillərdən belə qənaətə gəlmək olar ki, ümumtəhsil məktəblərində kurikulumun tətbiqi çox zəifdir və şagirdlərə aşılanan bacarıq və vərdişlər lazım səviyyədə deyil.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları