Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 17:17:00
Mübariz İbrahimovun  adını daşıyan  lisey-məktəb kompleksi ölkə birinciləri sırasında – Qəbul göstəriciləri

 

 2018-ci ildə keçirilən buraxılış imtahanlarında cənub regionunu təmsil edən məktəblərin bütövlükdə buraxılış imtahanlarında zəif nəticə göstərmələrinə baxmayaraq, Biləsuvar rayonu M.İbrahimov adına lisey-məktəb kompleksinin məzunları ölkə üzrə ən yüksək nəticələrdən birinə nail olublar.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Sədərək və Qubadlı rayonları, Sumqayıt və Naxçıvan şəhərlərinin şagirdləri əldə ediblər.

Ən aşağı göstəricilər isə İmişli, Daşkəsən, Kürdəmir və Sabirabad rayonlarının şagirdlərinə məxsusdur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları