Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-04 11:32:00
“Əvvəlki illərlə müqayisədə müəllimin nüfuzu artırılıb” - Firudin Qurbanov  

“Təhsil Nazirliyi tərəfindən müəllimlərin bilik səviyyəsinin yüksədilməsinə ciddi diqqət göstərilir”.

AzEdu.az xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərdə çıxışızamanı məlumat verib.

Təhsil nazirinin müavini, seçki komissiyasının sədri Firudin Qurbanov bildirib ki, İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum sayılır.

Nazir müavini qurumun təhsilin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu deyib və hər bir namizədə uğurlar arzulayıb. Bildirilib ki, hər bir ölkənin intellektual kapitalının formalaşmasında təhsil əsas resursdur:

“Ölkənin inkişafı onun təhsilindən asılıdır. Məhz təhsilin hazırladığı kadrlar gələcəyin inkişafını təmin edir. Təhsilin inkişafı ilə bağlı lazımı addımlar atılır . Buna nümunə olaraq 2013-cü ildə qəbul edilən “Təhsilin inkişafı üzrə dövlət strategiyası”nı göstərmək olar. Bu müddət ərzində 3200-dən çox yeni məktəb tikilib istifadəyə verilib. 2000-ci ildə 1028 şagirdə bir kompüter düşürdüsə, bu gün bu göstərici 50-60 dəfədən çox yaxşılaşıb. Eyni zamanda müəllim peşəsinin daha cəlbedici olması istiqamətində işlər görülüb, əvvəlki illərlə müqayisədə müəllimin nüfuzu artırılıb. Bu istiqamətdə onların əmək haqqının artırılması mühüm rol oynayır. Təhsil Nazirliyi tərəfindən müəllimlərin bilik səviyyəsinin yüksədilməsinə diqqət yetirilir. Müəllimlərin işə qəbulu müsabiqəsi tamamilə şəffaf həyata keçirilir. Test imtahanı ilə yanaşı müsahibələrin əsas məqsəd müəllimlərin seçki sisteminin şəffaflığıdır. Bütün bu addımların nəticəsində müəllim peşəsinə maraq artır və beləcə artıq yüksək bal toplayanlar da müəllim olmaq istəyirlər. Təkcə bu il müəllimlərin işə qəbul müsabiqəsində 52 mindən çox ərizə qəbul 47 min müəllim iştirak etdi. Bir vakansiya uğrunda təxminən 7 müəllim mübarizə aparırdı. Təhsil sahəsində aparılan uğurlu addımlardan biridə Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılmasıdır”

Qeyd edək ki, sentyabrın 4-də Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Seçki komisyasında Seymur Verdizadə, Rəşad Məcid, Muxtar məmmədov, Firudin Qurbanov, Elnur Məmmədov, Emil Rüstəmov və Elşad Eyvazlı iştirak edirdi.