Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-28 15:45:00
Dövlət qulluğu üzrə müsahibədə iştirak üçün bugünədək 1287 nəfər müraciət edib

Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, avqustun 28-i saat 16:05-ə olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1287 nəfər ərizə verib.

Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (147 vəzifə) tərəfindən çıxarılıb.

Sənəd qəbulu sentyabrın 2-də başa çatacaq.