Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 11:30:00
Gənclər Fondu və İTV-dən intellektual layihə- Müraciət tarixləri və yarışma şərtləri

Azərbaycanın tarixi və mədəniyyətinin ölkə gəncləri arasında təbliği məqsədilə, Azərbaycan Respublikasının Gənclər Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin ilk əyləncəli-etnoqrafik layihə - “Əcdadların Mirası” adlı ölkə miqyaslı milli “kvest” yarışması keçiriləcək.

AzEdu.az xəbər verir ki, yarışmada ölkəmizin müxtəlif regionlarından seçilmiş gənclərdən ibarət 4 komanda ölkəmizin tarix, mədəniyyət, adət-ənənələr və təbiətimiz ilə bağlı məntiq və bilik mübarizəsinə qatılacaq, mürəkkəb tapşırıqlarda güc və dözümlülüklərini sınağa çəkəcəklər.

Yarışma 6 mərhələdən ibarət olacaq və hər mərhələsi fərqli bölgədə təşkil ediləcək.

Bilik və bacarığına güvənən, komanda şəklində mübarizə aparmağa hazır olan hər kəs qeydiyyatdan keçib, zona seçimlərində iştirak etməyə dəvət olunur.

Yarışmada 18-29 yaş arası gənclər iştirak edə bilər.

Yarışmada iştirak etmək üçün son qeydiyyat tarixi 31 iyul,  saat 18:00-dək davam edəcək.

Qeyd edək ki, qeydiyyat üçün aşağıda göstərilmiş linkə daxil ola bilərsiniz:

https://docs.google.com/forms/d/e/1FAIpQLSd9mNI1AGHeaiFkWzftj5Lc2CTa0gFM0TkO6g0epPgqIw03bQ/viewform?fbclid=IwAR0Zr0uwGRPcQJQ7GW66Sp2MoomBwG4hvobxsfLIU0M_orXSmbPAI9KMSGU

 

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları