Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-09 09:18:48
İnternat məktəblərinə kimlər qəbul olunur - QAYDALAR

İnternat tipli ümumtəhsil müəssisələri barədə tez – tez eşidirik. Ümumtəhsil internat məktəbləri aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş təhsil müəssisələridir.

Bəs, internat tipli müəssisəyə şagird qəbul olunarkən, kimlərə üstünlük verilir və onların hansı kriteriyalara cavab verməsi əsas götürülür?

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsində qeyd olunub. Əsasnaməyə görı, internat məktəbləri məqsədindən asılı olaraq, aşağıdakı tiplər üzrə yaradılır:

-Aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqları üçün ümumi

tipli ümumtəhsil internat məktəbləri;

-Yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi ümumtəhsil internat

məktəbləri;

-Sanator tipli ümumtəhsil internat məktəbləri.

Ümumtəhsil internat məktəblərinə şagird qəbul edilərkən aşağıdakı şəxslərə üstünlük verilir:

Ümumi tipli ümumtəhsil internat məktəblərinə:

-Çoxuşaqlı, lazımi maddi-məişət və tərbiyə şəraiti olmayan ailələrdən gələnlər;

-Tək anaların (ataların) övladları;

-Səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin uşaqları;

-Qəyyumluğa, övladlığa götürülən uşaqlar;

Xüsusi ümümtəhsil internat məktəblərinə:

-Hər iki valideynini itirmiş yetim uşaqlar;

-Müxtəlif səbəblərdən (valideynlərin həbs edilməsi, ruhi xəstə olması, valideynlik

hüququndan məhrum olunması, valideyn tərəfindən imtina edilməsi və s.) valideyn

himayəsindən məhrum olan uşaq və yeniyetmələr.

Sanator tipli ümumtəhsil internat məktəblərinə:

-Qan-damar sistemində xəstəliklər olan uşaq və yeniyetmələr;

-Vərəmin ilkin, kiçik, sönməkdə olan formalarına tutulmuş uşaq və yeniyetmələr;

-Tənəffüs orqanlarında xroniki qeyri-spesifik xəstəliklər olan uşaqlar.

Qeyd edək ki, ümumtəhsil internat məktəbinin şagirdləri, internatın yataqxanasında qalmalıdırlar. Müəyyən hallarda - yaşadığı ev yaxın olduqda, şəraitlə əlaqədar uşağın valideynin yanında qalma zərurəti yarandıqda, səhhəti ilə bağlı gecələr valideyn nəzarətinə ehtiyacı olduqda valideynin ərizəsinə əsasən, ümumi və sanator tipli ümumtəhsil internat məktəblərinin bəzi şagirdlərinin yalnız axşam yeməyindən sonra öz evlərində gecələmələrinə icazə verilir.

I-VI sinif şagirdlərinə valideynin və ya onu əvəz edən şəxsin nəzarəti olmadan müstəqil surətdə evə gedibgəlməsinə isə icazə verilmir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları