Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-05 17:55:01
Rezidentura imtahanı ilə bağlı çox verilən sual: Vərəqələrin çapına nə vaxt başlanacaq?  

Rezidenturaya qəbul üzrə müsabiqənin 14 iyulda keçiriləcək II mərhələsində iştirak üçün qeydiyyat artıq başa çatıb. Qeydiyyatdan keçməmiş namizədlər ixtisas fənləri üzrə bilikləri qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Bəs, qəbul imtahanının II mərhələsində iştirak üçün buraxılış vərəqələrinin çapına nə zaman başlanacaq?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ixtisas fənləri üzrə bilikləri qiymətləndirilməsi imtahanında iştirak edib rezident olmaq istəyənlər iyulun 10-dan başlayaraq, imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqələrinin çapı 13 iyul tarixinədək davam edəcək.

Qeyd edək ki, rezidentura təhsili üçün ümumilikdə 569 plan yeri nəzərdə tutulub. Onlardan cəmi 12-i ödənişli əsaslarladır.

Rezidenturaya qəbulun II mərhələsi üçün isə 447nəfər qeydiyyatdan keçib. Onların 394-ü Azərbaycan; 53-ü isə Rus bölməsi  üzrə imtahan verəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları