Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-28 10:12:46
Azərbaycanda kino işini öyrənmək istəyənlərə pulsuz təhsil veriləcək – Qəbul başladı  

Azərbaycan Kinematoqrafçılar İttifaqı Kino Məktəbinə dinləyicilərin qəbulunu elan edir.

Kinematoqrafçılar İttifaqının İdarə Heyəti Kino Məktəbinin açılması qərarını qəbul edib.

25.07.2019-cu il tarixindən “Kinorejissura” və “Kinodramaturgiya” kurslarına dinləyicilərin qəbulu başlayır.

Əyani və pulsuz əsaslarla aparılacaq təhsil iki illik olacaq. Tədris azərbaycan və rus dillərində aparılacaq.

Kino Məktəbində xarici rejissor və dramaturqların ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.

Buraxılış işlərinin müdafiəsindən sonra dinləyicilərə ixtisasları üzrə diplomlar veriləcək.