Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-19 14:16:00
Qəbul imtahanına qatılan subbakalavr universitetə imtahansız qəbulda iştirak edə bilər? - RƏSMİ

Cari ildə qəbul imtahanında iştirak edən subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı balla və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda – iyulun 24-dən avqustun 6-dək ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

Subbakalavrlar ixtisas seçiminə DİM-in müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi keçid balı ilə qatılacaqlar. Məsələn: I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu  üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçiminə buraxılacaqlar.

Cari ildə qəbul imtahanında iştirak edən subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal  və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilərlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən  27-dək ) internet vasitəsilə aparılacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları