Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 11:37:00
Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə bu tarixlərdə keçiriləcək - RƏSMİ  

Məlumata əsasən, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin ümumilikdə 3-24 iyun tarixlərini əhatə edəcək.

AzEdu.az xəbər verir ki, bu sözlər Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadəyə aiddir.

Təhsil Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi təlimində "Müəllimlərin işə qəbulu və yerdəyişməsi" mövzusunda danışan Murad Camalzadə bildirib ki, elektron sənəd qəbulu iyun ayının 10-na qədər davam edəcək.

Məlumata əsasən, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi ümumilikdə 3-24 iyun tarixlərini əhatə edəcək.

Qeyd edək ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”naəsasəm təşkil edilir.