Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-30 13:43:54
Şagirdlərimiz beynəlxalq fənn olimpiadalarında bu qədər medal qazanıblar  

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında indiyə qədər 372 medal qazanıblar”.

Azedu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat nümayəndələri üçün keçirilən təlimində çıxışı zamanı Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Bildirilib ki, Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda ümumilikdə 372 medal olmaqla 29 qızıl, 97 gümüş, 246 bürünc medal qazanıblar. 2013-cü ildən etibarən bu göstərici beynəlxalq olimpiadalarda 155-dir.

Məlumata əsasən, bu vaxta qədər beynəlxalq olimpiadalarda riyaziyyat fənni üzrə 6 qızıl, 45 gümüş, 96 bürünc; Kimya fənni üzrə 12 qızıl, 18 gümüş, 72 bürünc; İnformatika fənni üzrə 7 gümüş, 18 bürünc; Fizika fənni üzrə 7 qızıl, 19 gümüş, 39 bürünc; Biologiya fənni üzrə isə 4 qızıl, 8 gümüş, 21 bürünc medal qazanılıb.