Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-30 11:15:00
"Valideynlərin öz missiyalarını məktəbdən gözləməsi doğru deyil" - Əflatun Amaşov

"Bəzən valideynlər unudurlar ki, tərbiyənin təməli məktəbdə yox, məhz ailədə qoyulur".

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin mətbuat nümayəndələri üçün keçirilən bugünkü təlimində çıxışı zamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Media və təhsil mövzusunda danışan Ə.Amaşov jurnalistlərin təhsillə bağlı analitik məqalələr yazmalarının vacibliyini qeyd edib.

O bildirib ki, jurnalistlər təhsilə ümumi yanaşmalı, təhsilin Azərbaycanın ictimai-siyasi həyatındakı rolumu araşdırmalıdırlar.

Ə.Amaşov həmçinin təhsil müəəssisələrində boşluqlar barədə söz açıb, həmçinin müəllim-valideyn-şagird üçbucağının vacib məqamlarındam danışıb.

Onun sözlərinə görə, məktəb hər zaman uşaqlar üçün nümunə olmalıdır:

"Əgər müəllimlər məktəbdə ədalətsiz davranarsa, şagirdlər arasında müəyyən səbəblərdən ayrıseçkilik salarsa, bu, uşaqların şüuraltısında yer edəcək. Lakin istənilən halda hesab edirəm kiz, valideynlərin öz missiyalarını məktəbdən gözləməsi doğru deyil. Bəzən valideynlər unudurlar ki, tərbiyənin təməli məhz ailədə qoyulur".

Əflatun Amaşov , həmçinin təhsil istiqamətində həyata keçirilən islahatlat barədə danışıb. Qeyd edib ki, təhsil elə bir sahədir ki, orada aparılan islahatların nəticəsi bir müddət sonra biruzə verir.