Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-16 10:07:34
“Universitetlərdə Ramiz Rövşənin görüşünü təşkil etmək lazımdır” – Təklif  

“Görkəmli şair və yazıçılarımızın universitetlərdə görüşünü təşkil etmək lazımdır”

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında təhsil üzrə ekspert Etibar Əliyev bildirib. Onun sözlərinə görə, tələbə və şagirdlərin çoxu elə bilir ki, Azərbaycanda bir yazıçı və bir şair var:

“Böyük İrlandiya şairi, Nobel mükafatı laureatı ŞeymasXini yazırdı: "Poeziya yenilik imkanıdır. Poeziya özündə fikir və yaradıcılıq aktlarını təcəssüm edir."

Dünən Şair Ramiz Rövşənlə LIBRAFF-ın Park Akademiya filialında baş tutan izdihamlı görüşdə o, oxucularına yeni kitablarından danışıb, onların suallarını cavablandırıb: “Mən bu qədər oxucunu, sizin sevginizi görüb çox sevinirəm. Həmişə demişəm, uşaqlara şeiri, dilimizi sevdirmək onları körpəlikdən peyvənd etməkdir. Yeni kitabımda hər hərfə şeir yazılıb. Övladlarınıza sevgi öyrədin, sevgi aşılayın. Klassik uşaq şeirlərində bir qədər sonda bədbinlik var. Mən bu dəfə uşaqlarımızı güclü və rəhimli olmağa çağırıram"”.

Etibar Əliyevin sözlərinə görə, bu yenilik imkanı olduqca zəruridir:

“Fikrimcə bu yenilik imkanı olduqca zəruridir. Ramiz Rövşən fikir adamı olmaqla yanaşı, həm də yaradıcı adamdır. Elə buna görə də onu çox sevirik. Ramiz Rövşənin, Rüstəm Behrudinin, Sabir Rüstəmxanlının digər görkəmli şair vəyazıçılarımızın universitetlərdə görüşünü təşkil etmək lazımdır. Tələbə və şagirdlərin çoxu elə bilir ki, Azərbaycanda bir yazıçı və bir şair  var”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları