Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-11 10:06:00
Nazirlər Kabineti bu müəlliflərin əsərlərini dövlət varidatı elan etdi -SİYAHI

 

Nazirlər Kabineti “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

 AzEdu.az xəbər verir ki, baş nazir Novruz Məmmədov  tərəfindən imzalanan qərara əsasən “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” təsdiq edilib.

Qərarla “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” təsdiqlənib. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli qərarı ilə təsdiq edilən Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilən  əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb. 

 Nazirlər Kabinetinin qərarına əsasən, 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib. 

AzEdu.az həmin siyahını təqdim edir. 

Əsərləri dövlət varidatı elan edilən müəlliflər:

  1. Qətran Təbrizi;
  2. Məhsəti Gəncəvi;
  3. Əfzələddin Xaqani;
  4. Nizami Gəncəvi;
  5. Qazi Bürhanəddin;
  6. İmadəddin Nəsimi;
  7. Aşıq Qurbani;
  8. Şah İsmayıl Xətai;
  9. Məhəmməd Füzuli;
  10. Aşıq Abbas Tufarqanlı;
  11. Molla Pənah Vaqif;
  12. Molla Vəli Vidadi;
  13. Qasım bəy Zakir;
  14. Mirzə Fətəli Axundzadə;
  15. Həsən bəy Zərdabi;
  16. Seyid Əzim Şirvani;
  17. Xurşidbanu Natəvan;
  18. Mirzə Ələkbər Sabir;
  19. Nəcəf bəy Vəzirov;
  20. Aşıq Ələsgər;
  21. Cəlil Məmmədquluzadə;
  22. Əbdürrəhim bəy Haqverdiyev;
  23. Cəfər Cabbarlı;
  24. Əhməd Cavad;
  25. Mikayıl Müşfiq;
  26. Əhməd bəy Ağayev;
  27. Əli bəy Hüseynzadə;
  28. Nəriman Nərimanov;
  29. Məmməd Səid Ordubadi;
  30. Hüseyn Cavid;
  31. Əzim Əzimzadə;
  32. Yusif Vəzir Çəmənzəminli;
  33. Üzeyir Hacıbəyov;
  34. Səməd Vurğun;
  35. Əliağa Vahid.