Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-04 16:43:00
Çoxdan gözlənilən cavablar, təhsil haqqından azad edilənlər, dinin tədrisi-Həftənin icmalı

 

AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud  18 yaşınadək  uşaqlar təhsil haqqından azad olunub

Prezident İlham Əliyev I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

AMEA-da ümumi yığıncağı keçirildi 

Yığıncaqdan əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Administrasiyanın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva və digər rəsmi şəxslər, ziyalılar elmi nailiyyətlər sərgisini ziyarət ediblər.

Yığıncaqda AMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib, həmçinin ötən il akademiyada müxtəlif istiqamətlərdə görülən işlər və əldə olunan nailiyyətlər, həyata keçirilən layihələr haqqında məlumat verilib.

Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev akademiyanın vitse-prezidenti seçilib.

AMEA-nın yeni akademik-katibi seçildi.

 AMEA-nın ümumi yığıncağında açıq səsvermə yolu ilə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın akademik-katibi vəzifəsini icra edən seçilib.

Nazir terror qurbanlarının  xatirəsini yad edib

 Təhsil naziri Ceyhun Bayramov 10 il bundan əvvəl ADNA-da (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) baş vermiş terror hadisəsi nəticəsində həlak olan tələbə və müəllimlərin xatirəsini anıb.

 Təhsil naziri ən gənc olimpiada qalibi ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixində ən gənc qalib olan, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva ilə görüşüb. Nazir 13 yaşlı qalibi qazandığı uğur münasibəti ilə təbrik edib.

Ali və orta məktəblərdə dini dərslər keçiriləcək  

“Qafqaz Musəlmanları İdarəsi Quran kurslarına icazə verib. Dövlət də Quran kurslarının olmasını lazım bilir".

 Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

  1. Qurbanlı qeyd edib ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək.

Xüsusi peşə təhsili müəssisələrinin nizamnaməsi təsdiqləndi

Baş nazir Novruz Məmmədov “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Qərar imzalayıb.

  Qərar “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

 Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq

“Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində kolleclər (mədrəsə) fəaliyyət göstərəcək”.

Bunu QMİ sədrinin müavini Hacı Fuad Nurullayev deyib.

O bildirib ki, dini təhsil müəssisələri 2, yaxud 4 illik olacaq: “Həmin kolleclər QMİ-nin tabeliyində olan məscidlərin nəzdində fəaliyyət göstərəcək. Ona görə də kolleclərin fəaliyyətə başlaması məsələsi artıq gündəmdədir. Hazırda bizim bir neçə mədrəsəmiz və kurslarımız var. Amma respublika üzrə 10-a yaxın kollec tipli təhsil müəssisəsinin açılması nəzərdə tutulur. Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci və Naxçıvan İslam Kolleci fəaliyyətə başlayacaq. Çünki bu gün fəaliyyət göstərən mədrəsə və kurslarımızın sayı qaneedici deyil”.

 Nazir müavini  şagirdlərin dərs prosesi ilə tanış olub

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri 1 nömrəli İdman liseyinin pedaqoji və məşqçi-müəllim heyəti ilə görüş keçirib.

Görüşdən əvvəl dərs prosesi ilə tanış olan Firudin Qurbanov şagirdlərlə səmimi söhbət edib.

Bu həftədən ibtidai siniflərin yaz tətili başlayıb

Tətilə mayın 1-də start verilib.

Qeyd edək ki, tətil mayın 5-dək davam edəcək. Mayın 6-da dərs olacaq.

Həftənin təhsil informasiyaları

Müddətsiz əsaslarla işləmək istəyən müəllimlərin nəticələri açıqlandı

Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibə nəticələri açıqlanıb.

Məlumata görə, 981 namizəd müddətsiz əsaslarla işləmək hüququ qazanıb.

Buraxılış imtahanlarının nəticələri açıqlandı  

17 martda IX siniflər üçün keçirilən buraxılış imtahanlarının birinici mərhələsinin nəticələri açıqlanıb.

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları