Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 13:50:46
“Əmək bazarının tələbləri nəzərə alınmalıdır” - BP təmsilçisi  

“Mühəndislik fakültəsinin məzunları arasında ciddi rəqabət var. Hər il hansı universitetdən neçə məzunun BP-də işə qəbul olunduğunun qeydini aparırıq. Ali məktəblər öz aralarında rəqabət aparırlar. 10 il öncə isə bizə maksimum 2 universitet müraciət edirdi”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil Tv-də yayımlanan “Təməl” verilişində BP Azərbaycanın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. Onun sözlərinə görə, bir universitetin inkişafı, digərlərinin də inkişafına gətirib çıxarır:

“Əmək bazarlarının tələbləri nəzərə alınmalıdır. Dünyada tələb olunan bəzi ixtisaslar var ki, onları ali təhsil pilləsindətədris edə bilmirik.Məsələn, “educationmanagment” (təhsilin idarəolunması), HR (insan resurslarının idarə olunması), layihə idarəolunması ilə bağlı Azərbaycanda imkanlar çox məhduddur. Bu gün orta məktəbdə təhsil alan nəsil sabah məktəbi bitirəndə artıq əmək bazarındakı ixtisasların 50%-i mövcud olmayacaq”.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının tərkibini təsdiq edib.

Himayəçilər Şurasının  tərkibinə Təhsil naziri Ceyhun Bayramov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, xalq yazıçısı Elçin Əfəndiyev, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü RoaldSaqdeyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və “BP” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli daxildir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları